Press-relizlər

20.09.2016
Valyuta hərracı barədə məlumat

20 sentyabr 2016-cı il tarixində Mərkəzi Bankda keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 100 milyon ABŞ dolları və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 50 milyon ABŞ dolları olmaqla ümumilikdə 150 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda 20 bank iştirak etmiş və məcmu tələb 72.4 milyon ABŞ dolları təşkil...

19.09.2016
Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə

19 sentyabr 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 65 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,85 % təşkil etmişdir.

15.09.2016
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə

Hərracın tarixi: 19 sentyabr 2016-cı il;

Hərracın keçirilmə vaxtı: 11:30-11:45;

Platforma: Blumberq ticarət sistemi;

Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:30;

Hərracın forması: dolayı hərrac;

Məbləğ: 50 000 000 (əlli milyon) manat;

Müddət:...

14.09.2016
Valyuta hərracı barədə məlumat

14 sentyabr 2016-cı il tarixində Mərkəzi Bankda keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 150 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda 22 bank iştirak etmiş və məcmu tələb 78.11 milyon ABŞ dolları təşkil etmişdir.

09.09.2016
Mərkəzi Bankın məlumatı

Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, o cümlədən inflyasiyanın məqbul səviyyədə saxlanması və milli valyutaya etimadın gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilməkdədir. Bu tədbirlər çərçivəsində cari ilin ötən dövründə pul kütləsinin artım kanalları məqsədyönlü idarə olunmuş, bunun üçün makroiqtisadi siyasətin müvafiq mexanizmlərindən effektiv istifadə...

08.09.2016
Mərkəzi Bankın təşəbbüsü ilə maraqlı tərəflər üçün maliyyə maarifləndirməsinin tədrisi və bu istiqamətlər üzrə tövsiyələr mövzusunda təlimlər keçirilmişdir

08 sentyabr 2016, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankı Uşaq və Gənclərin Maliyyə Savadlılığı üçün Beynəlxalq İnkişaf Fondu ilə birgə maliyyə savadlılığı layihəsi üzrə tərəfdaş qurumlar üçün “Maliyyə savadlılığının tədrisində aktiv təlim metodları” adlı seminar keçirmişdir.

Seminarın keçirilməsində məqsəd uşaq və...

08.09.2016
Valyuta hərracı barədə məlumat
8 sentyabr 2016-cı il tarixində Mərkəzi Bankda keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda məcmu tələb 402.56 milyon ABŞ dolları təşkil etmişdir.
07.09.2016
Mərkəzi Bankın açıqlaması

7 sentyabr 2016-ci il, Bakı: Mərkəzi Bankda “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tender elanı bir sıra kütləvi informasiya vasitələri tərəfindən yanlış şərh edilmişdir.

Belə ki, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir. Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən...

06.09.2016
Valyuta hərracı barədə məlumat

06 sentyabr 2016, Bakı: 6 sentyabr 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı təşkil edilmiş və Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda iştirak edən 30 bank tərəfindən məcmu tələb 588 milyon təşkil etmişdir.

05.09.2016
Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə

5 sentyabr 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 15 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 % təşkil etmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | | 8 | | 10 | 11 | 12 | | 84 | 85 |
Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə