Press-relizlər

23.07.2007
Depozit və kreditlər üzrə orta faiz dərəcələri

Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci il iyun ayının 1-nə banklar tərəfindən cəlb olunmuş depozit və əmanətlərin cəmi 2254,6 mln. manat təşkil etmişdir. Bunun 555,7 mln. manatı tələb olunanadək, 434,0 mln. manatı müddətli əmanət kimi milli valyuta ilə, müvafiq olaraq 397,4 mln. manatı və 867 mln. manatı xarici valyuta ilə cəlb olunmuşdur. 2007-ci il iyun ayının 1-nə depozit və əmanətlər üzrə...

21.07.2007
Bank aktivlərinin və passivlərinin strukturu

Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci il iyun ayının 1-nə bank aktivlərinin cəmi 4658,6 mln. manat təşkil etmişdir. Cəmi bank aktivlərinin 220,9 mln. manatını (4,7%) nağd vəsaitlər, 432,3 mln.manatını (9,3%) müxbir hesablar, 223,7 mln. manatını (4,8%) maliyyə sektoruna verilmiş kredit və depozitlər, 3051,0 mln. manatını (65,5%) müştərilərə kreditlər, 315,7 mln. manatını (6,8%) sərmayələr və 415,0...

16.07.2007
Milli Bankın statistik bülleteninin 5-ci sayı çapdan çıxmışdır

Milli Bankın statisitik bülleteninin növbəti sayı nəfis şəkildə Azərbaycan və ingilis dillərində çapdan çıxmışdır. Bülletendə respublikamızda bank sahəsinin fəaliyyətini əks etdirən məlumatlar, makroiqtisadi göstəricilər oxucuların diqqətinə çatdırılır. Yeni sayda respublika iqtisadiyyatının durumunun ümumi statistik mənzərəsi barədə yığcam təsəvvür əldə etmək mümkündür. Bülletenə həmçinin...

03.07.2007
Milli Bankın valyuta ehtiyatları 2,5 mlrd. ABŞ dollarına yaxındır

Milli Bankın Mətbuat Xidməti bildirir ki, Milli Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2007-ci ilin ilk yarımili ərzində, ilin əvvəli ilə müqayisədə 509,8 mln. ABŞ dolları (25,9 %) artaraq 2 477,1 mln. ABŞ dollarına catmışdır.

25.06.2007
Milli Bankda seminar
25 iyun 2007-ci il tarixində Milli Bankda bank sistemi və digər maliyyə qurumları üçün nəzərdə tutulmuş “Kapital Bazarları” mövzusunda seminar öz işinə başlamışdır. Seminar 28 iyun 2007-ci il tarixinədək davam edəcəkdir. Seminarı bu sahədə böyük nəzəri və praktiki bilik və təcrübəsi olan, hazırda Belçikanın “Edmond de Rothschild Europe Özəl Bankı”nda Baş portfel meneceri vəzifəsində çalışan...
23.06.2007
Milli Bankın Mətbuat Xidmətinin məlumatı
Milli Bankın İdarə Heyəti 22 iyun 2007-ci il tarixində kapitalın hərəkətinin mərhələlərlə liberallaşdırılması və bu əsasda icazə rejiminin məlumatlandırma rejimi ilə əvəz olunması barədə qərar qəbul etmişdir. Məlumdur ki, dünyada gedən qloballaşma prosesləri şəraitində bir çox ölkələrdə, o cümlədən bir sıra MDB dövlətlərində də kapitalın beynəlxalq hərəkəti liberallaşdırılmışdır. Milli...
20.06.2007
Milli Bankın Mətbuat xidmətinin məlumatı
Maliyyə Sektorunun İnkişafı Layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Bankı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi ACDİ/VOCA təşkilatının dəstəyi ilə 18 iyun 2007-ci il tarixdə “Grand Hotel Europe” mehmanxanasında Reytinq üzrə Beynəlxalq Konfrans keçirilmişdir. Bir sıra kredit təşkilatlarının nümayəndələrinin iştirak etdiyi bu Konfransda bank və bank olmayan kredit...
01.06.2007
Milli Bankın əməliyyatları üzrə faiz dərəcələri barədə Milli Bankın mətbuat xidmətinin məlumatı
Yüksək iqtisadi artım və ölkənin maliyyə imkanlarının durmadan artması, əhalinin gəlirlərinin yüksəldilməsinə və iqtisadiyyatın infrastrukturunun modernləşməsinə yönəlmiş sosial-iqtisadi proqramların həyata keçirilməsi şəraitində iqtisadiyyatda məcmu tələb ilə məcmu təklif arasında tarazlığa nail olmaq üçün Milli Bank məqsədyönlü tədbirlər görür. Bu tədbirlər inflyasiyanın monetar amillərinə...
21.05.2007
Milli Bankın Mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikası Milli Bankı Beynəlxalq Valyuta Fondu ilə birlikdə 21-25 may tarixlərində “The Crescent Beach Hotel” mexmanxanasında beynəlxalq seminar keçirəcəkdir. Seminarın mövzusu “Tədiyə balansı üzrə Bank Sistemindən Məlumatların Toplanılması” olacaqdır. Qeyd olunan seminarda Gürcüstanın, Tacikistanın, Qırğızıstanın, Qazaxıstanın və Özbəkistanın mərkəzi banklarının bu sahədə aparıcı...
03.05.2007
Milli Bankın Mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Belarus Respublikası Milli Bankının İdarə Heyətinin sədri Pyotr Prokopoviçi qəbul etmişdir. Görüş zamanı mərkəzi banklar arasında makroiqtisadi və monetar analiz, maliyyə proqramlaşdırılması, real sektorun və maliyyə-bank bazarının monitorinqi və mərkəzi bankların digər funksional sahələri üzrə müzakirələr aparılmışdır....
| 1 | 2 | | 80 | 81 | 82 | | 84 | | 86 | 87 | 88 |
Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə