Press-relizlər

21.02.2007
Bankların məcmu kapitalının həcmi artır
Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci il fevral ayının 1-nə məcmu kapitalının həcmi 3,5 mln. manatdan -5,0 mln. manatadək olan bankların sayı 3; 5,0 mln. manatdan - 10,0 mln. manatadək olan bankların sayı 27 və 10,0 mln. manatdan artıq olan bankların sayı isə 13-ə bərabər olmuşdur.
17.02.2007
Milli Bankın 15 illik yubileyi qeyd olunmuşdur
Fevralın 16-da Azərbaycan Respublikası Milli Bankının yaradılmasının 15 illik yubileyi münasibətilə Milli Bankda toplantı keçirilmişdir. Milli Bankın kollektivi əvvəlcə Fəxri Xiyabanda ümummilli liderimiz Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarları önünə əklillər qoymuş, tər çiçəklər düzmüşlər. Tədbir iştirakçıları sonra Şəhidlər...
14.02.2007
Milli Bankın Mətbuat xidmətinin məlumatı
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı AYıB-in Azərbaycanda fəaliyyəti, bank sektoruna dəstəyi, iqtisadi inkişaf, bank sektorunda aparılan islahatlar, AYİB ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
09.02.2007
Milli Bankın Mətbuat xidmətinin məlumatı
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ıtaliya xarici ticarət nazirinin müavini Milos Budinin rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Azərbaycanda bank sektorunda aparılan islahatlar, ölkələrimizin bank və maliyyə qurumları arasında gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılmışdır. Milli Bankın İdarə Heyətinin...
02.02.2007
Milli Bankın Mətbuat xidmətinin məlumatı
Milli Bankın İdarə Heyətinin Sədri Elman Rüstəmov "Doing Business" hesabatları seriyasının əsas müəllifi Simeon Dyankovu qəbul etmişdir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan bu hesabat ölkələrin göstəricilərini müqayisə etmək, qlobal təcrübəni öyrənmək və islahatları prioritetləşdirmək imkanı verir. Görüş zamanı "Doing Business" hesabatının Azərbaycan üzrə göstəricilər...
30.01.2007
Bank aktivlərinin və passivlərinin strukturu
Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci il yanvar ayının 1-nə bank aktivlərinin cəmi 3778,0 mln. manat təşkil etmişdir. Bu göstərici keçən ilin müvafiq ayı ilə müqayisədə 1526,02 mln. manat və ya 67,8 faiz çoxdur. Cəmi bank aktivlərinin 214,9 mln. manatını (5,7%) nağd vəsaitlər, 727,6 mln.manatını (19,3%) müxbir hesablar, 151,4 mln. manatını (4,0%) maliyyə sektoruna verilmiş kredit və depozitlər, 2128,6...
30.01.2007
Depozit və kreditlər üzrə orta faiz dərəcələri
Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci il yanvar ayının 1-nə banklar tərəfindən cəlb olunmuş depozit və əmanətlərin cəmi 2129,2 mln. manat təşkil etmişdir. Bunun 826,4 mln. manatı və ya 38,8 faizi milli valyuta ilə, 1302,8 mln. manatı və ya 61,2 faizi isə xarici valyuta ilə cəlb olunmuşdur. 2007-ci il yanvar ayının 1-nə depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta ilə 10,39 faiz...
29.01.2007
Kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsü
Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci il yanvar ayının 1-nə vaxtı keçmiş kreditlər nəzərə alınmaqla iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 2362,7 mln. manat təşkil etmişdir. Bu göstərici keçən ilin müvafiq ayı ilə müqayisədə 921,7 mln. manat və ya 64,0% çoxdur. Kredit qoyuluşlarının 1170,5 mln. manatı və ya 49,5 faizi milli valyuta ilə, 1192,2 mln. manatı və ya 50,5 faizi isə...
27.01.2007
Bankların məcmu kapitalının həcmi artır
Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci il yanvar ayının 1-nə məcmu kapitalının həcmi 3,5 mln. manatdan -5,0 mln. manatadək olan bankların sayı 3; 5,0 mln. manatdan - 10,0 mln. manatadək olan bankların sayı 29 və 10,0 mln. manatdan artıq olan bankların sayı isə 11-ə bərabər olmuşdur.
27.01.2007
Bankomatlar və Pos-terminallar
Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci il yanvar ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1073 ədəd olmuşdur. Bu göstərici ilin əvvəli ilə müqayisədə 183 ədəd və ya 20,5 faiz çoxdur. Bankomatların 655-i və ya 61,0 faizi Bakı şəhərində, 418-i və ya 39,0 faizi isə digər şəhər və rayonlarda yerləşir. 1 yanvar 2007-ci il tarixinə Azərbaycan Respublikası üzrə Pos-terminalların...
| 1 | 2 | | 80 | 81 | 82 | 83 | 84 | 85 | | 87 | |
Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə