Mərkəzi Asiya, Qara Dəniz regiounu və Balkan ölkələrinin Mərkəzi Bank Sədrlər Klubunun 27-ci toplantısı

12 – 13 may 2012-ci il tarixində Bakı şəhərində Mərkəzi Asiya, Qara Dəniz Regionu və Balkan ölkələrinin Mərkəzi Bank Sədrləri Klubunun 27-ci toplantısı təşkil edilmişdir. Toplantı çərçivəsində Avrozonanın borc problemi və onun Avropa İttifaqının üzvü olmayan Avrasiya ölkələrinə təsiri, qlobal maliyyə stabilliyi və inkişaf etməkdə olan bazarlarda kontur-tsiklik makroprudensial nəzarətin rolu mövzuları və bu sahədə üzv dövlətlərin təcrübəsi müzakirə olunmuşdur. Toplantının Bakı şəhərində təşkili üzv dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə etmək və təcrübə mübadiləsi üçün geniş imkan yaratdı və Azərbaycanın, həmçinin Azərbaycan Mərkəzi Bankının beynəlxalq imicinin daha da yaxşılaşmasına mühüm töhfə oldu.

Tədbirdə Türkiyə, Rusiya, Çexiya, Rumıniya, Albaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan Mərkəzi Bankının rəhbərləri olmaqla ümumilikdə 19 ölkənin mərkəzi bankının nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə