AMB tərəfindən təqdim edilən texniki yardımlar

Son illər mövcud təşkilatdaxili institusional bazanın inkişafı, qlobal və regional miqyasda iqtisadi inteqrasiya meyllərinin güclənməsi AMB-nin digər ölkələrə texniki yardım göstərmək imkanlarını yaratmışdır. Bu sahədə müxtəlif ölkələrdən daxil olmuş sorğuları nəzərə alaraq, AMB-nin donor bank kimi texniki yardım imkanlarının təşviqi və genişləndirilməsi əsas strateji hədəflərdən birinə çevrilmişdir. Bu istiqamətdə, AMB bu günə kimi bir sıra ölkələrin müraciətləri əsasında mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə texniki yardım göstərmişdir.

AMB tərəfindən təqdim edilmiş texniki yardımlar sırasında ödəniş sistemlərinin inkişafına dair Mərkəzi Afrika Ölkələri Bankı, Oman Mərkəzi Bankı, Qırğızıstan Mərkəzi Bankı, Əlcəzair Mərkəzi Bankı, Qazaxıstan Milli Bankı, o cümlədən tədiyyə balansının statistikası üzrə Gürcüstan Milli Bankı, Mərkəzi Bankda beynəlxalq standartların tətbiqi təcrübəsindən yararlanmaq, daxili nəzarətin təşkili və risklərin idarə olunması, əməliyyataların davamlılığı üzrə Ukrayna Milli Bankı, nağd pul dövriyyəsinin təşkili, nağd pulun idarəedilməsi üzrə Ukrayna Milli Bankı, maliyyə proqramlaşdırılması üzrə Vyetnam Dövlət Bankı, statistik məlumatların toplanması və emalı sistemi üzrə Qırğızıstan Milli Bankı, nağd pula tələbatın hesablanması, planlaşdırılması və çapı üzrə Qazaxıstan Milli Bankı, informasiya texnologiyalarının tətbiqi üzrə Belorus Milli Bankının nümayəndələri üçün təşkil edilmiş təcrübə mübadilələrini göstərmək olar.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə