Tender təkliflərinin açılışı proseduru 25 may 2007-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Milli Bankının inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- üç nüsxə tender təklifi (əsli və iki nüsxə surəti). Xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır.
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- tender təklifinin qiymətinin 2 (iki) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);
- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının müvafiq server və qurğuların alqı-satqısı sahəsində peşəkarlığını və təcrübəli mütəxəssislərə malik olması, o cümlədən təklif olunan serverlərin əməliyyat sistemi (HP UX) üzrə ən azı 2 (iki) sertifikatlı mütəxəssisin olmasını təsdiq edən sənədlər;
- ıstehsalçının iddiaçını təklif olunan server və qurğuları satmağa muvəkkil etdiyini təsdiq edən Avtorizasiya forması (Manufacturer Authorization Form). İddiaçı satdığı server və digər avadanlıqların keyfiyyətini təsdiqləyən hər hansı başqa məlumatları da təqdim edə bilər;
- Təklif olunan avadanlıqlar üzrə Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən sənədlər;
- İddiaçının Əsas şərtlər toplusunda göstərilən ixtisas göstəricilərinə uyğunluğu barədə məlumat və sənədlər.
Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, o cümlədən texniki dəstək dövrünün maliyyə şərtləri, təminatın şərtləri və sertifikatlı mütəxəssislərin sayı kimi meyarlar əsas götürüləcəkdir.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 24 may 2007-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 15 may 2007-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikası Milli Bankına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Milli Bankının aşağıdakı hesabına 300 (üç yüz) AZN məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Milli Bankı, hesab ? 0170690001944, kod 501004, VÖEN 9900071001, SWıFT kod NABZAZ2C. Xarici iddiaçılar iştirak haqqını 346 (üç yüz qırx altı) ABŞ dolları məbləğində aşağıdakı hesaba köçürə bilərlər:
Valyuta hesabı: müxbir bank: FRNYUS33, Federal Reserve Bank of New York, hesab ?: 021088221 AZER.
5. Serverlər, digər avadanlıqlar və standart proqram təminatlarının təhvil verilməsi vaxtı: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 60 gün ərzində.
6.Tenderin Əsas şərtlər toplusu Azərbaycan və İngilis dillərində tərtib olunmuşdur.
7. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Milli Bankın inzibati binasından tenderin Əsas şərtlər toplusunu əldə edə bilər. Əlaqələndirici şəxs: Emil Hacıyev (Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı). Telefon: 493-11-22 (365).


