Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 Azərbaycan Respublikası Milli Bankının valyuta ehtiyatlarının idarə olunması üzrə kastodianın seçilməsi üçün tender elanı
+
-

Azərbaycan Respublikasının Milli Bankı (mərkəzi bank) “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qlobal kastodianın seçilməsi üçün açıq tender elan edir.
Tenderdə kastodian xidməti sahəsində hərtərəfli ixtisaslaşmış, /AA-/-dan (Standart&Poor’s, Fitch) və yaxud /Aa3/-dən (Moody’s) aşağı olmayan kredit reytinqinə malik olan, 31 dekabr 2007-ci il tarixindən saxladığı məcmu aktivlərin həcmi 2.5 trln. ABŞ dolları səviyyəsindən aşağı olmayan maliyyə institutları iştirak edə bilərlər.
Tenderdə iştirak etməkdə marağı olan və 1000 (min) ABŞ dolları məbləğində iştirak haqqının ödənilməsini təsdiq edən sənədi təqdim etmiş hər bir iddiaçıya Azərbaycan və ingilis dillərində tərtib olunmuş tenderin əsas şərtlər toplusu elektron poçt və ya sifarişli məktub vasitəsilə göndəriləcəkdir. İştirak haqqı Azərbaycan Respublikası Milli Bankının (SWIFT kod NABZAZ2X) Federal Ehtiyatlar Bankında (SWIFT kod FRNYUS33) 021088221 nomrəli hesabına köçürülməlidir.
Tenderdə iştirak etməkdə marağı olan tərəflər aşağıdakı sənədləri sifarişli məktub vasitəsilə 12 may 2008-ci il tarixindən gec olmayaraq təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. İddiaçıya dair tələblərə uyğunluq barədə sənədlər və məlumatlar;
3. İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) müvafiq qaydada təsdiq edilmiş surətləri;
4. İddiaçının auditor rəyi ilə təsdiq olunmuş son maliyyə hesabatı.
İddiaçı tender təklifini 21 may 2008-ci il, yerli vaxtla saat 15:00-dan gec olmayaraq Azərbaycan Respublikası Milli Bankına (R.Behbudov küç., 32, Bakı AZ1014, Azərbaycan) təqdim etməlidir. Tender təklifi ilə birgə tender təklifinin təminatı bank qarantiyası formasında əsas şərtlər toplusunda göstərilən məbləğdə təqdim olunmalıdır.
Tender təklifləri olan zərflərin açılması iddiaçıların istəyi əsasında qanuni təmsilçi və ya vəkalətli nümayəndələrinin iştirakı ilə, 22 may 2008-ci ildə yerli vaxtla saat 11:00-da Azərbaycan Respublikası Milli Bankının inzibati binasında keçiriləcəkdir.
Tender təkliflərinin qiymətləndirilməsi maliyyə amili, xidmət şərtləri, hesabatlıq, texnologiyalar və əsas şərtlər toplusunda göstərilən digər üstünlük meyarlarına əsasən həyata keçiriləcək. Xidmətin göstərilməsi qeyri-müəyyən müddətə nəzərdə tutulur və 2 (iki) ay əvvəldən xəbərdarlıq etməklə müqaviləyə xitam verilə bilər.
Əsas şərtlər toplusuna dair suallar tender_custodian@nba.az elektron ünvanına və ya (994 12) 4980363 nömrəli faksa Bazar əməliyyatları departamentinin direktoru Nigar Məmmədovaya ünvanlandırıla bilər.
Azərbaycan Respublikası Milli Bankı haqqında məlumatları Milli Bankın rəsmi saytından (www.nba.az) əldə etmək olar.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar