|
|
Orta illik inflyasiya
AZN məzənnəsi
Faiz dəhlizinin parametrləri
Pul bazarı
Monetar göstəricilər
Bank sektoru
Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
|
| Azərbaycan Respublikası Milli Bankı kanal tipli kondisionerin alınması və quraşdırılmasına dair Təkliflər Sorğusunu elan edir |
|
|
1. Milli Bank üçün kanal tipli kondisionerin alınması və quraşdırılmasına dair təkliflər sorğusu Sorğuda iştirak haqqı 20 manatdır. İştirak haqqı Azərbaycan Respublikası Milli Bankının aşağıdakı hesabına köçürülməlidir: h/h 0145010009944, kod 501004, m/h 0148010001944, VÖEN 9900071001. İddiaçılar özləri haqda aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surətləri (nizamnamə və dövlət qeydiyyat şəhadətnaməsi), ƏDV qeydiyyatının olub olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri. 2. İddiaçıların fəaliyyət sahəsi üzrə iki il iş təcrübəsi və əsas müştərilər, və xüsusilə də korporativ müştərilər barədə məlumatlar. Müştərilərin adları və əlaqə nömrələri göstərilməlidir. 3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq məlumat. Yuxarıda sadalanan sənədləri təqdim etməmiş iddiaçıların təklifləri qiymətləndirmə zamanı nəzərə alınmayacaqdır. Məsələ üzrə əsas şərtlər toplusunu iştirak haqqının ödənilməsi barədə təsdiqləyici sənəd (qəbz) təqdim olunmaqla əlaqələndirici şəxsdən almaq olar. İddiaçılar tərəfindən təklif olunan qiymət təklifləri malların qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi (o cümlədən ƏDV), gömrük rüsumları və digər xərcləri nəzərə almaqla Azərbaycan manatı ilə göstərilməlidir. Məsələ üzrə möhürlənmiş və imzalanmış təkliflər zərfləri 05 mart 2009-cu il saat 18.00-dək Milli Bankın inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxsi tərəfindən qəbul ediləcək. Zərflər 06 mart 2009-cu il saat 10.00-da Milli Bankın inzibati binasında açılacaqdır. İddiaçılar ən azı bir gün qabaqcadan səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə komissiyaya bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir. Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 493 11 22 nömrəli telefonla əlaqələndirici şəxs R.Hacıyevə (daxili nömrə 501) müraciət etmək olar. Satınalmalar Komissiyası
|