![]() |
Əbülfəz Nuru oğlu AXUNDOV Mərkəzi Bankın Baş direktoru |
1950 – ci ildə Şamaxı rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1973 – cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1973 – cü ildə SSRİ Tikinti Bankının Azərbaycan Respublikası kontorunun Bakı şəhər idarəsində kredit müfəttişi kimi başlamışdır.
1973 – cü ildən 1974 – cü ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1974 – cü ildən Sənaye-Tikinti Bankında böyük kredit müfəttişi, böyük iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, şöbə müdiri, idarə rəisi vəzifələrində işləmişdir.
1988 – ci ildən Mənzil-Kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankının İdarə Heyəti Sədrinin müavini, birinci müavini vəzifələrində işləmişdir.
1991 – ci ildən Respublika Pensiya Fondunda şöbə müdirinin birinci müavini vəzifəsində işləmişdir.
1992 – ci ildən Sənaye-İnvestisiya Səhmdar-Kommersiya Bankı İdarə Heyətinin Sədri vəzifəsində işləmişdir.
1994 – cü ilin may ayından “Parabank” Səhmdar-Kommersiya Bankında məsləhətçi vəzifəsində işləmişdir.
1995 – ci ilin mart ayından Azərbaycan Respublikası Milli Bankında Bankların fəaliyyətinin tənzimləməsi departamentinin direktoru vəzifəsində işləmiş, həmin ilin oktyabr ayından isə İdarə Heyəti Sədrinin müavini vəzifəsini icra etmişdir.
1996 – 2001 – ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Milli Bankın İdarə Heyətinin üzvü təyin edilmişdir.
1996 – cı ilin sentyabr ayından Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2007 – cı ilin fevral ayında Milli Bankın Baş direktoru vəzifəsinin icraçısı təyin edilmişdir.
2009 – cu ilin iyul ayında Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təsdiq edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir, 3 övladı var.
![]() |
Akşin Vəzir oğlu VƏLİYEV Mərkəzi Bankın Baş direktoru |
1965-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1985-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə bitirmişdir.
1983-cü ildən 1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1988-ci ildə “Sovavto-Bakı” Beynəlxalq yükdaşımaları üzrə avtonəqliyyat müəssisəsində iqtisadçı vəzifəsilə başlamışdır.
1990-cı ildən 1994-cü ilədək aspiranturada qiyabi təhsil almışdır.
1991-ci ildən 1992-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda baş iqtisadçı vəzifəsində işləmişdır.
1992-ci ilin iyul ayından Azərbaycan Respublikası Milli Bankının Mərkəzi Əməliyyat İdarəsində Beynəlxalq Hesablaşmalar şöbəsinin iqtisadçısı, rəis müavini və Əməliyyat İdarəsinin baş mühasibi vəzifələrində çalışmışdır.
2000-ci ilin iyun ayından Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi, direktor müavini vəzifələrində işləmişdır.
2003-cü ildə iqtisad elmləri namizədidir.
2008-ci ilin mart ayından Azərbaycan Respublikası Milli Bankının Xəzinə departamentinin direktoru-baş xəzinədar vəzifəsində işləmişdir.
2010-cu ilin aprel ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir. 2 övladı var.
![]() |
Emin Zamin oğlu HÜSEYNOV Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru – Baş direktor |
1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə fərqlənmə ilə bitirmişdir.
1996-1998-ci illərdə ABŞ-ın Florida Ştatı Universitetinin iqtisadiyyat üzrə magsitraturasını bitirmişdir.
Əmək fəaliyyətinə 1998-ci ildən Dünya Bankının ölkə ofisində iqtisadçı vəzifəsilə başlamışdır.
2001-2003-cü illərdə BVF-nun Bakıdakı Daimi Nümayəndəliyində iqtisadçı vəzifəsində çalışmışdır.
2003-2005-ci illərdə Dünya Bankının Bakıdakı ofisində ölkə üzrə iqtisadçı vəzifəsində işləmişdir.
2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və statistika departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.
2009-cu ildə Harvard Universitetinin ictimai idarəetmə üzrə magistraturasını bitirmişdir.
2010-cu ilin fevral ayında Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru – Baş direktor vəzifəsinə təyin edilmişdir.
Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir. 2 övladı var.
![]() |
Abdulla Kərim oğlu MƏLİK-ASLANOV Mərkəzi Bankın sədrinin müşaviri |
1958 – ci ildə Füzuli rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1979 – cu uldə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1979 – cu ildə SSRİ Dövlət Bankının Nərimanov şöbəsində iqtisadçı vəzifəsində başlamışdır.
1979 – cu ildən 1981 – ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1981 – ci ildən SSRİ Dövlət Bankının Nərimanov şöbəsində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, rəis müavini vəzifələrində işləmişdir.
1992 – ci ilin fevralından Azərbaycan Respublikası Milli Bankında idarə rəisi vəzifəsində,
1996 – 2001 – ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Milli Bankın İdarə Heyətinin üzvü təyin edilmişdir.
1996 – cı ilin sentyabr ayından Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2007 – cı ilin fevral ayında Milli Bankın Baş direktoru vəzifəsinin icraçısı təyin edilmişdir.
2008 – ci ilin mart ayından -Azərbaycan Respublikası Milli Bankı Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı Sədrinin müşaviri vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.






