Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 Polşa Milli Bankı
+
-

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Polşa Milli Bankı (PMB) arasında 2002-ci ilin dekabr ayından başlayaraq intensiv əməkdaşlıq əlaqələri qurulmuşdur. İlk dövrlərdə əməkdaşlıq əlaqələrinin yalnız Lisenziyalaşdırma və nəzarətin metodologiyası və Daxili audit sahələrini əhatə etməsinə baxmayaraq, sonrakı dövrlərdə mərkəzi bankçılığın digər sahələri üzrə də qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Belə ki, AMB-nin əməkdaşları mütəmadi olaraq risklərin qiymətləndirilməsi və risk xəritəsinin hazırlanması, informasiya texnologiyalarının auditi üzrə metodologiya, audit avtomatlaşdırılmasının proqram təminatı, ipoteka kreditləşdirilməsi və mənzil-tikinti banklarının fəaliyyəti və s. istiqamətlərdə PMB tərəfindən təşkil edilən təlim kurslarında iştirak etmişlər. Həmçinin, potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və müvafiq sahələrdə öz təcrübələrini bölüşmək məqsədilə PMB-nin nümayəndələrindən ibarət heyət AMB-də səfərdə olmuşdur. Səfər əsnasında nümayəndə heyətinin üzvləri müxtəlif departamentlərdə görüşlər keçirmiş və mərkəzi banklarda təhlükəsizlik məsələləri, kommersiya banklarına xarici nəzarət, beynəlxalq münasibətlər və s. kimi mövzularda fikir mübadiləsi aparmışlar.

Hazırda PMB AMB-yə tələb edilən sahələr üzrə davamlı texniki yardım göstərməkdədir. Belə ki, “stress-testlərin” qurulması, bank risklərinin təhlili və qiymətləndirilməsi, daxili nəzarət sisteminin təkmilləşdirilməsi, xəzinə infrastrukturunda müasir və beynəlxalq standartlara cavab verən video – müşahidə sisteminin qurulması istiqamətində PMB-nin ekspertləri AMB-də səfərdə olmuş və öz tövsiyələrini vermişlər.
Eyni zamanda müasir dövrdə dünyada baş verən maliyyə böhranı şəraitində pul siyasətinin həyata keçirilməsi, pul siyasəti alətlərində və valyuta məzənnə siyasətində baş verən dəyişikliklər və qlobal böhran şəraitində onların tətbiqi, qısa və ortamüddətli makroiqtisadi və pul proqnozlaşdırılması, qiymətin müəyyən edilməsi, qiymətlərdəki dəyişikliklər və inflyasiyaya təsir edən proseslərin, dövlət maliyyəsi sektorundakı vəziyyətin pul siyasətinə təsirinin təhlili, makroiqtisadi göstəricilərin proqnozunun və ehtiyatların idarə edilməsi üzrə analitik materialların hazırlanması istiqamətində təcrübə mübadiləsi məqsədilə AMB-nin əməkdaşlarının PMB-də səfərdə olmuşlar.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar