Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə
 Pul nişanlarının tədavülü
+
-

Pul nişanlarının tədavülü
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və Mərkəzi Bank haqqında Azərbaycan Respublikası Qanununun 5-ci Maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının əsas funksiyalarından biri ölkədə nağd pul dövriyyəsinin təşkil edilməsi, pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılmasıdır.
Bu məqsədlə Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakıları həyata keçirir:

  • pul nişanlarına olan tələbatın müəyyənləşdirilməsi;
  • pul nişanlarının istehsalını təşkil edir, onların daşınmasını və saxlanmasını təmin edir;
  • pul nişanlarının ehtiyatlarını yaradır və həmin ehtiyatlara sərəncam verir;
  • Mərkəzi Bank və kredit təşkilatları tərəfindən nağd pulun saxlanması və inkassasiyası qaydalarını müəyyən edir;
  • Mərkəzi Bankda və kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydalarını müəyyənləşdirir;
  • Tədavülə yararsız olan pul nişanlarının əlamətlərini və onların dəyişdirilməsi qaydalarını müəyyən edir;
  • Yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması haqqında qərar qəbul edir;
  • Denaminasiya halları istisna olmaqla Mərkəzi Bank tədavüldə olan kağız və metal pulun yeni nümunəli pul nişanlarına dəyişdirilməsi haqqında qərar qəbul edir.

Nağd pulun tədavülü sxemi

Mərkəzi Bankda pul dövriyyəsinin təşkilini Nağd pul bloku – Nağd pul departamenti, Xəzinə departamenti və Mərkəzi Bankın regional Ərazi İdarələri həyata keçirirlər.

Nağd pulun tədavülü sxemi

Mərkəzi Bankda pul dövriyyəsinin təşkilini Nağd pul bloku – Nağd pul departamenti, Xəzinə departamenti və Mərkəzi Bankın regional Ərazi İdarələri həyata keçirirlər.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar