Azərbaycan Mərkəzi Bankı “Junior Achievement Azerbaijan” təşkilatı ilə birlikdə ali məktəb tələbələrinin iqtisadi savadlılığının artırılması məqsədilə “Karyera Günü” təşkil edib. Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan Dövlət İqtisad Universitetinin “Junior Achievement Azerbaijan” təşkilatının üzvü olan 20-dən artıq tələbəsi iştirak edib. Tələbələrə Mərkəzi...
Azərbaycan Mərkəzi Bankı tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının nümayəndələrinin iştirakı ilə ölkədə fəaliyyət göstərən və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının üzvü olan kommersiya banklarının nümayəndələri üçün seminar təşkil edilmişdir. Seminarda “MasterCard Worldwide” təşkilatının Azərbaycan üzrə yeni meneceri Hakan Acar və regional direktor...
Mərkəzi Bankın sədri Elman Rüstəmov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə koordinator əvəzi Kit Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Mərkəzi Bankla USAİD arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və həyata keçirilən layihələr çərçivəsində görülmüş işlər müzakirə olunub.
Nümayəndə heyətinin rəhbəri Kit Simmons...
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il iyun ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8733,5 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4% artmışdır. Kredit qoyuluşlarının 383,6 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 28,4%-i və ya 2482,3 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət...
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il iyun ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4679,9 mln. manat təşkil etmişdir. Bunun 2481,7 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,6% çoxdur. Depozitlərin 2198,2 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il iyunun...
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il iyun ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1752 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 170 ədəd çoxdur. Cari ilin iyunun 1-nə bankomatların 979-u Bakı şəhərində, 773-ü isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8801 ədəd olmuşdur....
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il iyun ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 6454,0 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1% artmışdır. 2010-cu il iyunun 1-nə olan pul kütləsinin 4543,5 mln. manatı nağd pul vəsaitlərinin, 896,3 mln. manatı tələb edilənədək vəsaitlərin, 1014,2 mln. manatı isə müddətli...
14 oktyabr 2005-ci il tarixindən etibarən icra olunmağa başlanan və “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş Maliyyə xidmətlərinin inkişafı layihəsi başa çatıb. Layihə çərçivəsində Mərkəzi Bank tərəfindən “Maliyyə xidmətləri göstərməsi üçün milli poçt rabitəsi operatoruna lisenziya verilərək, bu fəaliyyətə dair prudensial...
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) tərəfindən makroiqtisadi proseslərin və maliyyə sabitliyinin tədqiqində xüsusi əhəmiyyəti olan yeni ekonometrik modellər (Manatın real effektiv valyuta məzənnəsinin tarazlıq səviyyəsi və məzənnə uyğunsuzluğunun qiymətləndirilməsi, manatın məzənnəsinin inflyasiyaya ötürücülük qabiliyyətinin qiymətləndirilməsi, daşınmaz əmlak bazarında “köpüyün”...
Azərbaycan Mərkəzi Bankında Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın üzvü və Suriya Mərkəzi Bankı sədrinin birinci müavini Məhəmməd Teysir Əl-Arbini ilə işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi nağd pul sferası üzrə məsələlərin müzakirəsi və bu sahələr üzrə Azərbaycan...


