Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 29 aprel 2024-cü il tarixində saat 11:00-da “Webex” onlayn platforması vasitəsilə iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda İşçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində 1-ci rüb ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparılacaqdır. Həmçinin, "Business Ready" hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə tapşırıqların icra vəziyyəti və “Maliyyə xidmətləri” indikatorunun sualları üzrə dövlət və özəl sektorun cavabları arasındakı fərqli məqamlar nəzərdən keçiriləcəkdir. İclasda həmçinin sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə kreditlərin əldə edilməsində üzləşdiyi çətinliklər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Aşağıdakı keçiddən istifadə etməklə Komissiyanın internet portalında iclasla əlaqədar yerləşdirilmiş məlumat və iclasın gündəliyi ilə tanış olmaq mümkündür: