Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 Kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsü
+
-
Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci il mart ayının 1-nə vaxtı keçmiş kreditlər nəzərə alınmaqla iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 2656,0 mln. manat təşkil etmişdir. Bu göstərici keçən ilin müvafiq ayı ilə müqayisədə 1304,0 mln. manat və ya 96,4 % çoxdur. Kredit qoyuluşlarının 1308,6 mln. manatı və ya 49,3 faizi milli valyuta ilə, 1347,5 mln. manatı və ya 50,7 faizi isə xarici valyuta ilə qoyulmuşdur. Kredit qoyuluşlarının 1256,8 mln. manatı (47,3%) dövlət bankları, 1326,3 mln. manatı (49,9%) özəl banklar və 72,9 mln. manatı (2,7%) isə qeyri-bank kredit təşkilatlarının payına düşür. Ticarət və xidmət sahəsinə 673,6 mln manat (25,4%), ev təsərrüfatına 834,4 mln. manat (31,4%), nəqliyyat və rabitə sahəsinə 220,9 mln manat (8,3%), sənaye və istehsal sektoruna 189,3 mln. manat (7,1%), kənd təsərrüfatı və emalına 132,9 mln. manat (5,0%), energetika, kimya və təbii ehtiyatlar sektoruna 239,7 mln manat (9,0%), inşaat və əmlak sahəsinə isə 172,0 mln. manat (6,5%) kredit qoyulmuşdur. Hökümət idarələrinə verilmiş kreditlərin həcmi 7,1 mln. manat və ya 0,3%, ictimai təşkilatlara isə 2,0 mln. manat və ya 0,1%, təşkil edir. Maliyyə sektorunun payına kredit qoyuluşlarının 44,5 mln. manatı düşür. Kreditlərin 11,1 mln. manatı və ya 0,4%-i isə digər sahələrin payına düşüb.
HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar