Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 İqtisadiyyata kredit qoyuluşu 97,4% artmışdır
+
-

Milli Bankın Mətbuat xidməti bildirir ki, 2008-ci il yanvar ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 4664,6 mln. manat təşkil etmişdir. Ötən aya nisbətən bu göstərici 7,9% artmışdır, 2007-ci il yanvar ayının 1-nə nisbətən isə 97,4% artmışdır. Kredit qoyuluşlarının 99,0 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
2008-ci il yanvar ayının 1-nə kreditlərin 1639,2 mln. manatı (35,1%) qısamüddətli, 3025,4 mln. manatı (64,9%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit¬lə¬rin 68,4 mln. manatı və ya 4,2%-i, uzunmüddətli kreditlərin isə 30,6 mln. manatı və ya 1,0%-i vaxtı keçmiş kreditlərdir.
Dövlət bankları tərəfindən iqtisadiyyata 1990,7 mln. manat (42,7%), özəl banklar tərəfindən 2562,9 mln. manat (54,9%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 111,0 mln. manat (2,4%) kredit qoyulmuşdur.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 1411,5 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 30,3%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 216,2 mln. manat (4,6%) kredit vermişlər.
Kreditlərin 2502,2 mln. manatı və ya 53,6%-i manatla, 2162,4 mln. manatı və ya 46,4%-i xarici valyuta ilə verilmişdir.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar