Milli Bankın Mətbuat xidməti bildirir ki, 2007-ci ilin IV-cü rübü ərzində Azərbaycan Respublikası üzrə bankomatların sayı 1316 ədəd olmuşdur. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 1073 ədəd olmuşdur. Cari ilin IV-cü rüb üzrə bankomatların 819-u Bakı şəhərində, 497-i isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 5297 ədəd olmuşdur. Bu göstərici də ötən ilin müvafiq dövrü (2053 ədəd) ilə müqayisədə xeyli çoxdur. Cari ilin qeyd olunan dövrünə isə pos-terminalların 4865 ədədi Bakı şəhərində, 432-i isə digər şəhər və rayonlarda yerləşir.


