Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 Milli Bankın Mətbuat Xidmətinin məlumatı
+
-

Milli Bank ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsinə nail olmaq məqsədilə beynəlxalq standartlara uyğun pul siyasətinin formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Son illər dünyanın aparıcı valyutalarının məzənnələrinin kəskin tərəddüdləri bir çox ölkələrdə, o cümlədən Azərbaycanda məzənnə siyasəti amilinin əhəmiyyətini daha da artırmışdır. Belə ki, dünyanın aparıcı valyutalarının məzənnələrində müşahidə edilən əhəmiyyətli tərəddüdlər ölkədə inflyasiya idxalına şərait yaratmaqla bərabər iqtisadi subyektləri müəyyən dərəcədə məzənnə riskinə həssas edir.
Bundan başqa, Azərbaycanda milli valyutanın məzənnəsinin ABŞ dollarına nəzərən formalaşması bu valyutanın dünyanın digər aparıcı valyutalarına qarşı kifayət qədər dəyişkən olması şəraitində Milli Bankın əsas operativ hədəfi olan nominal effektiv məzənnə üzrə hədəfə nail olunması, son nəticədə isə milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin qorunması kimi vəzifələrin yerinə yetirilməsini mürəkkəbləşdirir.
Qeyd olunanları nəzərə alaraq, Milli Bankın İdarə Heyəti “2008-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanat”ına uyğun olaraq 11 mart 2008-ci il tarixindən manatın dəyərinin valyuta səbətinə nəzərən sabit saxlanılması konsepsiyasının reallaşdırılmasına başlamaq haqqında qərar qəbul etmişdir. Qərara alınmışdır ki, ilkin olaraq ABŞ dolları və avrodan ibarət ikivalyutalı səbət tətbiq olunsun və bu valyutaların səbətdə paylarının dəyişməsi mərhələlərlə həyata keçirilsin. Milli Bank son mərhələdə ölkənin xarici iqtisadi əlaqələrində dünyanın aparıcı valyutalarının rolunu nəzərə alaraq səbətin optimal strukturuna nail olmağı nəzərdə tutur.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar