Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 Milli Bankın Mətbuat Xidmətinin məlumatı
+
-
Milli Bank 2008-ci il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq ölkədə məcmu tələblə məcmu təklif arasında nisbətin tarazlaşmasına təsir etmək, öz funksiyaları çərçivəsində inflyasiya səviyyəsinin və maliyyə sisteminin sabitliyini təmin etmək məqsədilə ardıcıl tədbirlər görməkdədir. Bu məqsədlə 2008-ci ilin ötən dövründə ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaq üçün məzənnə siyasətinin tətbiqində bivalyuta mexanizminə keçid təmin edilmiş, habelə maliyyə sektorunun risklərini azaltmaq məqsədilə bank sistemi üzrə bir sıra prudensial normativlərin sərtləşdirilməsi və bankların xarici öhdəliklərinə məcburi ehtiyat normalarının tətbiqi barədə qərar qəbul edilmişdir. İnflyasiyanın monetar amillərinə nəzarəti daha da gücləndirmək, kredit ekspansiyasının məqbul səviyyədə getməsinə şərait yaratmaqla məcmu tələbin artım kanallarının və maliyyə sektoruna potensial təhdidlərin məhdudlaşdırılması, habelə banklararası pul bazarının inkişafına dəstək məqsədilə faiz siyasətinin sərtləşdirilməsi çərçivəsində faiz dəhlizinin parametrlərinə də yenidən baxılması məqsədəuyğun sayılmışdır. Milli Bankın İdarə Heyəti 10 aprel 2008-ci il tarixindən etibarən uçot dərəcəsinin 13%-dən 14%-ə yüksəldilməsinə, faiz dəhlizinin aşağı həddinin 5%-dən 3%-ə endirilməsinə, faiz dəhlizinin yuxarı həddinin isə 19%-dən 20%-ə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Burada uçot dərəcəsinin və faiz dəhlizinin yuxarı həddinin yüksəldilməsi real faiz dərəcələrinin pozitiv səviyyəsinə nail olmaq, faiz dəhlizinin aşağı həddinin azaldılması isə banklararası pul bazarının inkişaf etdirilməsi məqsədini daşıyır.
HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar