ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan Milli Bankı USAİD-in dəstəyi ilə həyata keçirilən Maliyyə Sektorunun Sabitliyi Proqramı (MSSP) çərçivəsində birgə maliyyələşmə barədə razılaşma imzalamışlar.
4,75 milyon ABŞ dolları dəyərində olan birgə maliyyələşmə razılaşması Anlaşma Memorandumu şəklində AMB Idarə Heyətinin sədri cənab Elman Rüstəmov vəUSAİD-in Azərbaycan üzrə kordinatoru cənab Skot Teylor tərəfindən imzalanmışdır. İmzalanma mərasimində ABŞ-ın Azərbaycandakı səfiri xanım Anna Dersi və ABŞ səfirliyi, AMB-in digər rəsmi nümayəndələri iştirak etmişlər. Proqramın əsas məqsədi AMB-nin risk yönümlü nəzarət sistemi, insan ehtiyatlarının idarə edilməsi və İT sistemlərini daha da gücləndirmək və AMB-in makro-maliyyə analizi potensialını təkmilləşdirməkdir. Birgə maliyyələşmə razılaşması çərçivəsində USAİD 4 mln. ABŞ dolları, AMB isə 750,000 ABŞ dolları həcmində maliyyə və digər növ dəstək göstərəcəklər.


