Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 Milli Bankda KİV nümayəndələri ilə görüş keçirilmişdir
+
-

Azərbaycan Respublikası Milli Bankında Milli Bankın rəsmi şəxsləri ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə məqsəd son günlər bir sıra qəzetlərdə Azərbaycan bank sektorunda vəziyyət barədə əsası olmayan məlumatlara aydınlıq gətirmək, habelə ölkə mətbuatı nümayəndələrini milli bank sistemində vəziyyətlə tanış etmək olmuşdur.
Tədbirdə iştirak edən Milli Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini Aftandil Babayev, Milli Bankın Baş direktoru Xaqani Abdullayev, Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Rəşad Orucov bildirmişlər ki, dünyada baş verən qlobal iqtisadi böhran görülmüş qabaqlayıcı tədbirlər, maliyyə bazarlarında tətbiq olunan çevik alətlər sayəsində dünya bazarlarına yeni inteqrasiya olunan Azərbaycan üçün ciddi təsir göstərmir. Guya bəzi bankların iflası ilə bağlı bəzi mətbuat orqanlarında getmiş məlumatlar isə əsassızdır. Bank sistemi sabit rejimlə işləyir, likvidlik problemi yoxdur, xarici və daxili öhdəliklər normal icra olunur.
Görüşdə mətbuat nümayəndələrinin nəzərinə çatdırıldı ki, əsası olmayan və süni gərginliyə səbəb ola bilən məlumatların ötürülməsinə yol verməsinlər.
Tədbirin sonunda Milli Bank rəsmiləri KİV nümayəndələrini maraqlandıran suallara cavab vermişlər.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar