Milli Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il yanvarın 1-nə əhalinin banklar tərəfindən cəlb olunmuş əmanətlərinin həcmi 1903,7 mln. manata bərabər olmuşdur. Bu, 2008-ci il yanvarın 1-nə nisbətən 29,6% çoxdur. 2009-cu il yanvarın 1-nə banklara qoyulan əmanətlərin 1035,6 mln. manatı (54,4%) manatla, 868,1 mln. manatı (45,6%) isə xarici valyuta ilə cəlb edilmişdir.


