Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il may ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 6278,4 mln. manat təşkil etmişdir. 2008-ci il may ayının 1-nə nisbətən 20,4% artmışdır. Kredit qoyuluşlarının 200,8 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. 2009-cu il may ayının 1-nə kreditlərin 2096,9 mln. manatı (33,4%) qısamüddətli, 4181,5 mln. manatı (66,6%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit-lə¬rin 116,2 mln. manatı və ya 5,5%-i, uzunmüddətli kreditlərin isə 84,6 mln. manatı və ya 2,0%-i vaxtı keçmiş kreditlərdir. Dövlət bankları tərəfindən iqtisadiyyata 2418,0 mln. manat (38,5%), özəl banklar tərəfindən 3684,4 mln. manat (58,7%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 176,1 mln. manat (2,8%) kredit qoyulmuşdur. Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 1923,0 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 30,6%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 336,65 mln. manat (5,4%) kredit vermişlər. Kreditlərin 3477,1 mln. manatı və ya 55,4%-i manatla, 2801,3 mln. manatı və ya 44,6%-i xarici valyuta ilə verilmişdir.


