Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 Mərkəzi Bankın Mətbuat xidmətinin məlumatı
+
-
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 iyul tarixli 112 nömrəli qərarı ilə «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması» təsdiq edilmişdir. Bu qərara əsasən, bəzi dövlətlərə aparılan və gətirilən valyuta sərvətlərinə dair məlumatlar Dövlət Gömrük Komitəsi tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək. Həmin dövlətlərə yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, habelə maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanmasını tələb etməyən dövlətlər aid olunacaq. Belə dövlətlərin siyahısı Maliyyə Monitorinqi Xidməti tərəfindən fəaliyyətinin növbəti mərhələsində müəyyənləşdiriləcək və əsas kimi Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) tərtib etdiyi pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq etmək istəməyən ölkələrin siyahısı götürüləcək. Hal-hazırda FATF–ın müvafiq siyahısında heç bir dövlət mövcud deyil. Siyahının tərtib olunması halında Azərbaycan Respublikasının müvafiq qurumları və ictimaiyyət əlavə olaraq məlumatlandırılacaq.
HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar