Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 İqtisadiyyata kredit qoyuluşu 18% artmışdır
+
-

Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il dekabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8064,6 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artmışdır. Kredit qoyuluşlarının 272,9 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
2009-cu il dekabrın 1-nə kreditlərin 2296,8 mln. manatı (28,5%) qısamüddətli, 5767,8 mln. manatı (71,5%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit¬lə¬rin 139,3 mln. manatı və ya 6,1%-i, uzunmüddətli kreditlərin isə 133,7 mln. manatı və ya 2,3%-i vaxtı keçmiş kreditlərdir.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3827,7 mln. manat (47,5%), özəl banklar tərəfindən 4059,9 mln. manat (50,3%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 177,0 mln. manat (2,2%) kredit qoyulmuşdur.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2049,5 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 25,4%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 374,6 mln. manat (4,6%) kredit vermişlər.
Kreditlərin 4479,9 mln. manatı və ya 55,6%-i manatla, 3584,6 mln. manatı və ya 44,4%-i xarici valyuta ilə verilmişdir.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar