Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il yanvar ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8407,5 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% artmışdır. Kredit qoyuluşlarının 303,5 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
2010-cu il yanvarın 1-nə kreditlərin 2359,9 mln. manatı (28,1%) qısamüddətli, 6047,5 mln. manatı (71,9%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit¬lə¬rin 158,2 mln. manatı və ya 6,7%-i, uzunmüddətli kreditlərin isə 145,4 mln. manatı və ya 2,4%-i vaxtı keçmiş kreditlərdir.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3911,7 mln. manat (46,5%), özəl banklar tərəfindən 4318,7 mln. manat (51,4%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 177,0 mln. manat (2,1%) kredit qoyulmuşdur.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2074,4 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 24,7%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 386,6 mln. manat (4,6%) kredit vermişlər.
Kreditlərin 4886,2 mln. manatı və ya 58,1%-i manatla, 3521,3 mln. manatı və ya 41,9%-i xarici valyuta ilə verilmişdir.