Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il yanvar ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1694 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 179 ədəd çoxdur. Cari ilin yanvarın 1-nə bankomatların 959-u Bakı şəhərində, 735-i isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8657 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 533 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7871-i Bakı şəhərində, 786-sı isə digər regionlarda yerləşir.


