Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il yanvar ayının 1-nə bank əməliyyatları aparmaq üçün 142 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 96-sı bank olmayan kredit təşkilatlarıdır.
1 yanvar 2010-cu il tarixinə respublikada 46 bankın lisenziyası olmuşdur, onlardan 1-i dövlət, 45-i isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.
Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 626-ya bərabər olub. Bunların 38-i dövlət, 588-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 40-a, bank şöbələrinin sayı isə 109-a bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.


