Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

Orta illik inflyasiya

AZN məzənnəsi

08.09.2010
tam siyahı
1 USD0.8038
1 EUR1.0203
1 RUR0.0260

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 Azərbaycan Mərkəzi Bankında regionda ilk olan KÖMİS layihəsinin təqdimatı keçirildi.
+
-

Bakı, 05 Mart 2010: Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 05 mart 2010-cu il tarixində Mərkəzi Bankda Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) layihəsinin geniş təqdimat mərasimi keçirilmişdir. Tədbirdə yerli və xarici KİV, layihə üzrə mövcud və potensial iştirakçı təşkilatların rəhbərləri, bankların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev KÖMİS layihəsinin ölkəmiz üçün ümümmili əhəmiyyətinin olduğunu və region ölkələri içərisində ilk dəfə Azərbaycanda həyata keçirildiyini bildirdi. Onun sözlərinə görə, bu sistem Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin inkişaf etdirilərək elektron ödəniş sistemləri infrastrukturuna inteqrasiya edilməsi tədbiri çərçivəsində yaradılmışdır.
Bildirilmişdir ki, KOMİS layihəsi yaradılarkən Beynəlxalq maliyyə institutlarının texniki yardımından geniş istifadə edilmiş və bu sahədə mövcud olan mütərəqqi dünya təcrübəsi diqqətlə öyrənilmişdir. Nəticədə, 32 ölkənin 400-ə yaxın təşkilatında istifadə olunan CheckFree i-Series informasiya sistemi bazasında yerli tələblərə tam uyğunlaşdlırılmış bir sistem yaradılmışdır.
O, həmçinin, nəzərə çatdırdı ki, Mərkəzi Bank tərəfindən bu sistemin yaradılması ilə Milli Ödəniş Sistemi infrastrukturunun resurslarından daha səmərəli və effektiv istifadə edilməsi, kommunal və digər kütləvi xidmətlər üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi üçün əlverişli şəarait yaradılmışdır. Eyni zamanda, ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə istənilən ödəniş xidməti nöqtələrində (bankların və “Azərpoçt” MMC-nin filial, şöbə, xidmət bölmələri, bankomatlar) kommunal xidməti borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, plastik kartlar, bank köçürmələri, “İnternet Banking”) vasitəsilə ödəniş aparmaq imkanı yaradılmışdır.
A.Quliyev eyni zamanda bildirdi ki, artıq bir sıra ölkələrin Mərkəzi Bankları Azərbaycanın təcrübəsindən yararlanmaq üçün müraciət etmişlər.
Təqdimatda Mərkəzi Bankın Ödəniş Sisitemləri və Hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı layihənin konsepsiyası, yaradılmış sistemin arxitekturası, funksional imkanları, 2009-cu ilin sonuna statistik göstəricilər, sistemin mövcud infrastrukturu və gələcək inkişaf perspektivləri haqqında geniş məlumat vermişdir.
Qeyd edilmişdir ki, hal-hazırda kommunal xidməti sektorunda fəaliyyət göstərən BakıElektrikŞəbəkə ASC, ARDNŞ-nin Azəriqaz İB, Azərsu ASC və Azərenerji ASC kimi əsas təşkilatlar sistemə inteqrasiya olunmuş, toplam olaraq 3 mln.-a yaxın abonent haqqında məlumat sistemə yüklənmişdir. Sistemə qoşulmuş 32 bank və Azərpoçt MMC-nin 500-ə yaxın ödəniş məntəqəsində bu təşkilatlar üzrə xidmət haqları qəbul edilir. Həmçinin ölkədə fəaliyyət göstərən Millikart MMC və Azərikart MMC kimi kart prosessinq mərkəzləri sistemə inteqrasiya olunmuş və bu mərkəzlərdə xidmət olunan bankların müştəriləri KÖMİS-in İnternet servis xidmətindən istifadə etməklə borcları haqqında məlumat ala bilər və plastik kartlar vasitəsilə ödənişlərini apara bilərlər.
2010-cu il ərzində sistemə qoşulmuş kommunal xidməti müəssisələrinin respublika ərazisindəki bütün xidmət zonalarının əhatə edilməsi və eyni zamanda bu təşkilatlar tərəfindən həyata keçirilən “SMART” tipli elektron sayğacların tətbiqi layihəsinin KÖMİS-ə inteqrasiyası istiqamətində məqsədyönlü fəaliyyət göstəriləcəkdir.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar