Saytın yüngül versiyası In english Saytın xəritəsi Forum Qaynar xətt Əks-əlaqə

İllik inflyasiya

AZN məzənnəsi

29.07.2010
tam siyahı
1 USD0.8036
1 EUR1.0457
1 RUR0.0266

Faiz dəhlizinin parametrləri

Monetar göstəricilər

Bank xidmətləri ilə bağlı sual və təklifləriniz varsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-11-22 (3-87)
Milli valyuta ilə əlaqədar hər-hansı bir sualınız yaranarsa, "qaynar xəttə" müraciət edə bilərsiniz.
(+994 12) 493-13-23
 İqtisadiyyata kredit qoyuluşu 17% artmışdır
+
-

Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il fevral ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8431,2 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artmışdır. Kredit qoyuluşlarının 331,4 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
2010-cu il fevralın 1-nə kreditlərin 2349,6 mln. manatı (27,9%) qısamüddətli, 6081,7 mln. manatı (72,1%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit-lə¬rin 169,1 mln. manatı və ya 7,2%-i, uzunmüddətli kreditlərin isə 162,3 mln. manatı və ya 2,7%-i vaxtı keçmiş kreditlərdir.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3922,8 mln. manat (46,5%), özəl banklar tərəfindən 4325,2 mln. manat (51,3%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 183,2 mln. manat (2,2%) kredit qoyulmuşdur.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2062,9 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 24,5%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 396,5 mln. manat (4,7%) kredit vermişlər.
Kreditlərin 4923,2 mln. manatı və ya 58,4%-i manatla, 3507,9 mln. manatı və ya 41,6%-i xarici valyuta ilə verilmişdir.

HaqqımızdaPul siyasətiMaliyyə sabitliyiMilli valyutaÖdəniş sistemləriNəşrlər və tədqiqatlarStatistikaHüquqi sənədlərBeynəlxalq əlaqələr və kommunikasiyaİstinadlar