Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2010-cu il iyun ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 6454,0 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1% artmışdır. 2010-cu il iyunun 1-nə olan pul kütləsinin 4543,5 mln. manatı nağd pul vəsaitlərinin, 896,3 mln. manatı tələb edilənədək vəsaitlərin, 1014,2 mln. manatı isə müddətli depozitlərin payına düşüb.


