Nağdsız ödənişlər üzrə nominasiya

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində bir sıra tapşırıqlar verilmişdir. Verilən tapşırıqların vaxtında icrası məqsədi ilə Mərkəzi Bank tərəfindən həm aidiyyatı hökumət qurumları, həm də banklarla birlikdə müxtəlif tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri də banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdrilməsi, nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə 2013-cü ildən illik əsasda keçirilən nominasiya müsabiqəsidir.

Nominasiya çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi və aktiv olanların mükafatlandırılması həyata keçirilir.

2014-cü ilin nəticələrinə elan edilmiş müsabiqə üzrə qalib banklar

Mərkəzi Bank tərəfindən 2015-ci ildə nəzərdə tutulan fəaliyyət proqramı çərçivəsində aşağıdakı nominasiyalar üzrə stimullaşdırıcı kampaniya keçirilir.

- “Nağdsız ödənişlər üzrə lider bank”
- “Elektron bankçılıq xidmətlərində lider bank”
- “Elektron ticarətin inkişafında lider bank”
- “Təmassız ödəniş kartları üzrə lider bank”
- “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank”

Hər bir banka müsabiqədə aktiv iştirak etməyi arzulayırıq.

2015-ci ildə elan edilmiş müsabiqə üzrə qalib bankların siyahısı

2015-ci ildə aylar üzrə nominasiyaların nəticələri

2014-cü il üzrə nominasiyaların nəticələri

2013-cü il üzrə nominasiyaların nəticələri

  • 2015-ci il üzrə nominasiyaların şərtləri və həmin nominasiyalar üzrə qalib bankın müəyyən edilməsi mərhələləri [0.169 Mb]
  • Nominasiyaların şərtləri və həmin nominasiyalar üzrə qalib bankın müəyyən edilməsi mərhələləri [0.099 Mb]
  • Nağdsiz ödənişlər sahəsində fərqlənmiş banklarin mükafatlandirilmasi üzrə münsiflər heyəti haqqinda əsasnamə [0.082 Mb]
  • Sərəncam [0.98 Mb]
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə Dunya Bankının Vasinqtondakı baş ofisində Azərbaycan Günləri