Əvvəlcədən məlumat verildiyi kimi, 10.01.2024-cü il tarixindən Hökumət Ödəniş Portalının (HÖP) internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılmışdır.
HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Xahiş edirik, nəzərə alasınız.
Azərbaycan Respublikasının Mərkəzi Bankı