İnternatura 2018

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2018-ci il İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.

İnternatura proqramına iş təcrübəsi olmayan, bakalavr pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistr tələbələr aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər: İqtisadiyyat; Kompyuter elmləri və informasiya texnologiyaları; Maliyyə; Mühasibat uçotu; Menecment; Tətbiqi riyaziyyat.

İnternatura proqramı 02 iyul-14 sentyabr 2018-ci ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları – Müraciət et” alt-bölməsinə daxil olaraq doldura bilərsiniz.

Son müraciət tarixi 05 fevral 2018-ci ildir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə