Press-relizlər

07.11.2008
İqtisadiyyata kredit qoyuluşu 75% artmışdır

Milli Bankın Mətbuat xidməti bildirir ki, 2008-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 6604,7 mln. manat təşkil etmişdir. Ötən aya nisbətən bu göstərici 2,3% artmışdır, 2007-ci il oktyabr ayının 1-nə nisbətən isə 75,1% artmışdır. Kredit qoyuluşlarının 139,3 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb.

2008-ci il oktyabr ayının 1-nə kreditlərin 2039,1...

06.11.2008
Pul kütləsi 61,2% artmışdır

Milli Bankın Mətbuat xidməti bildirir ki, 2008-ci il oktyabr ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 5514,5 mln. manat təşkil etmişdir. Cari ilin əvvəlinə nisbətən pul kütləsinin həcmi 34,6% artmışdır, 2007-ci il oktyabrın 1-nə nisbətən pul kütləsinin həcmi 61,2% artmışdır.

2008-ci il oktyabrın 1-nə olan pul kütləsinin 3632,3 mln. manatı nağd pul vəsaitlərinin, 987,0...

05.11.2008
Kredit qoyuluşlarının sahələr üzrə strukturu

Milli Bankın Mətbuat xidməti bildirir ki, 2008-ci il oktyabr ayının 1-nə vaxtı keçmiş kreditlər nəzərə alınmaqla iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 6604,7 mln. manat təşkil etmişdir.

Kreditlərin (vaxtı keçmiş kreditlər nəzərə alınmadan) 36,8%-i və ya 2433,3 mln. manatı ev təssərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1579,1 mln....

03.11.2008
Əhalinin əmanətlərinin həcmi 47,2% artmışdır
no implicit conversion from nil to integer
31.10.2008
Milli Bankın əməliyyatları üzrə faiz dərəcələri barədə Milli Bankın mətbuat xidmətinin məlumatı

Cari il ərzində ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmiş, valyuta balansının profisiti əhəmiyyətli artmış və ölkənin xarici dövlətlər ilə münasibətdə kreditor mövqeyi daha da güclənmişdir. Bu şəraitdə bank sisteminin sabitliyi xarici böhranların təsirindən etibarlı qorunmuşdur.

Dünya iqtisadiyyatında isə tənəzzül və deflyasiya meylləri güclənmişdir. Aparıcı ölkələrdə iqtisadi...

20.10.2008
Milli Bankın Mətbuat xidmətinin məlumatı

Son günlər müəyyən qəzetlərdə guya ölkənin bir neçə iri bankının iflasa uğraması haqqında xəbərlər dərc olunur, bununla da ictimaiyyətə heç bir əsası olmayan məlumatlar çatdırılır.

Milli Bankın mətbuat xidməti bildirir ki, bu cür məlumatlar cəfəngiyyatdan başqa bir şey deyil və Azərbaycan banklarının müsbət imicinə zərər gətirən şaiyələrdir. Milli Bank ölkə ictimaiyyətini əmin...

20.10.2008
İşə qəbul kampaniyası haqqında məlumat

Milli Bankın mətbuat xidməti bildirir ki, Milli Bankda işə qəbul kampaniyası çərçivəsində test imtahanı 25 oktyabr 2008-ci il tarixində keçiriləcəkdir. Testə dəvət olunan namizədlər əlavə olaraq elektron poçt vasitəsi ilə məlumatlandırılacaqlar. Elektron poçt ünvanınızı izləyin.

14.10.2008
Pul siyasəti və likvidlik alətlərinin parametrlərinin dəyişdirilməsi barədə

Cari il ərzində Azərbaycan iqtisadiyyatı öz dinamik inkişafını davam etdirmişdir. İqtisadiyyat proqnozlaşdırılan inkişaf indikatorlarına uyğun inkişaf etmiş, qlobal maliyyə böhranı ölkədəki maliyyə sabitliyinin fundamental iqtisadi əsaslarına təsir etməmişdir. Yeni şəraitdə bank sistemi də dinamik artım və stabillik nümayiş etdirmiş, bankların iqtisadiyyatda maliyyə vasitəçisi rolu daha da inkişaf etmişdir....

06.10.2008
İqtisadiyyata kredit qoyuluşu 80% artmışdır

Milli Bankın Mətbuat xidməti bildirir ki, 2008-ci il sentyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 6455,0 mln. manat təşkil etmişdir. Ötən aya nisbətən bu göstərici 1,5% artmışdır, 2007-ci il sentyabr ayının 1-nə nisbətən isə 80,7% artmışdır. Kredit qoyuluşlarının 122,9 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb.

2008-ci il sentyabr ayının 1-nə kreditlərin...

06.10.2008
Pul kütləsi 64,4% artmışdır

Milli Bankın Mətbuat xidməti bildirir ki, dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 2008-ci il sentyabr ayının 1-nə 5365,1 mln. manat təşkil etmişdir. Cari ilin əvvəlinə nisbətən pul kütləsinin həcmi 31,0% artmışdır, 2007-ci il sentyabrın 1-nə nisbətən pul kütləsinin həcmi 64,4% artmışdır.

2008-ci il sentyabrın 1-nə olan pul kütləsinin 3548,6 mln. manatı nağd pul vəsaitlərinin,...

| 1 | 2 | | 79 | 80 | 81 | | 83 | | 85 | 86 | 87 | | 96 | 97 |
Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə