Press-relizlər

10.08.2009
İqtisadiyyata kredit qoyuluşu 5% artmışdır
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il iyul ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 6463,8 mln. manat təşkil etmişdir. 2008-ci il iyulun 1-nə nisbətən 4,8% artmışdır. Kredit qoyuluşlarının 242,8 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. 2009-cu il iyulun 1-nə kreditlərin 2119,4 mln. manatı (32,8%) qısamüddətli, 4344,4 mln. manatı (67,2%) isə uzunmüddətli...
07.08.2009
Kredit qoyuluşlarının sahələr üzrə strukturu
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il iyul ayının 1-nə iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 6463,8 mln. manat təşkil etmişdir. Kreditlərin 34,7%-i və ya 2242,3 mln. manatı ev təssərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1343,4 mln. manat (20,8%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 462,1 mln. manatı (7,1%), sənaye...
06.08.2009
Əhalinin əmanətlərinin həcmi 16% artmışdır
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il iyul ayının 1-nə əhalinin banklar tərəfindən cəlb olunmuş əmanətlərinin həcmi 1934,3 mln. manata bərabər olmuşdur. Bu, 2008-ci il iyulun 1-nə nisbətən 16,4% çoxdur. 2009-cu il iyulun 1-nə banklara qoyulan əmanətlərin 696,6 mln. manatı (36%) manatla, 1237,7 mln. manatı (64%) isə xarici valyuta ilə cəlb edilmişdir.
05.08.2009
Mərkəzi Bankın Mətbuat xidmətinin məlumatı
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 iyul tarixli 112 nömrəli qərarı ilə «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması» təsdiq edilmişdir. Bu qərara...
24.07.2009
Mərkəzi Bankın Mətbuat xidmətinin məlumatı
Mərkəzi Bankın Sədri Elman Rüstəmov Azərbaycan Respublikasında səfərdə olan Çexiyanin maliyyə naziri Eduard Yanotanın başçılıq etdiyi geniş nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə mövcud böhran şəraitində Azərbaycanda həyata keçirilən makroiqtisadi siyasətin əsas istiqamətləri və Çexiya Respublikasının bu sahədə həyata keçirdiyi tədbirlər müzakirə olunmuşdur. Görüşdə Azərbaycan Respublikası...
20.07.2009
Mərkəzi Bankın Mətbuat xidmətinin məlumatı
Mərkəzi Bankın Sədri Elman Rüstəmov Azərbaycan Respublikasında səfərdə olan London şəhərinin Meri cənab Alderman Yan Luderin başçılıq etdiyi geniş nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın, həmçinin hər iki ölkənin bank sistemləri arasında əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə...
07.07.2009
Pul kütləsi 2% artmışdır
Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il iyun ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 4811,2 mln. manat təşkil etmişdir. Cari ilin may ayının 1-nə nisbətən pul kütləsinin həcmi 1,7% artmışdır. 2009-cu il iyunun 1-nə olan pul kütləsinin 3396,7 mln. manatı nağd pul vəsaitlərinin, 753,9 mln. manatı tələb edilənədək vəsaitlərin, 660,6 mln. manatı isə müddətli depozitlərin...
06.07.2009
İqtisadiyyata kredit qoyuluşu 5% artmışdır

Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il iyun ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 6356,0 mln. manat təşkil etmişdir. 2008-ci il iyun ayının 1-nə nisbətən 4,8% artmışdır. Kredit qoyuluşlarının 209,2 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. 2009-cu il iyun ayının 1-nə kreditlərin 2113,3 mln. manatı (33,2%) qısamüddətli, 4242,7 mln. manatı (66,8%) isə...

06.07.2009
Kredit qoyuluşlarının sahələr üzrə strukturu

Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, 2009-cu il iyun ayının 1-nə vaxtı keçmiş kreditlər nəzərə alınmadan iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 6356,0 mln. manat təşkil etmişdir. Kreditlərin (vaxtı keçmiş kreditlər nəzərə alınmadan) 35,6%-i və ya 2264,7 mln. manatı ev təssərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1297,3 mln. manat...

03.07.2009
Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd. ABŞ dolları həcmindədir

Mərkəzi Bankın Mətbuat xidməti bildirir ki, Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2009-cu ilin ikinci rübü ərzində 115,3 mln. ABŞ dolları (2,3 %) artaraq, rübün sonuna 5 077,2 mln. ABŞ dolları təşkil etmişdir.

| 1 | 2 | | 83 | 84 | 85 | | 87 | | 89 | 90 | 91 | | 107 | 108 |
Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 ildə