200 AZN
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər
  • Mühafizə elementləri
  • Video

200 MANAT nominallı pul nişanı Azərbaycan Mərkəzi Bankı tərəfindən 24 may 2018-ci il tarixində tədavülə buraxılmışdır. Pul nişanı mövcud konsepsiya çərçivəsində tədavülə buraxılan 7-ci nominaldır. Pul nişanının dizayn mövzusu “modern arxitektura” ya həsr olunmuşdur. Pul nişanının dizaynının əsas motivi müasir Bakının əsas memarlıq nümunələrindən biri olan Heydər Əliyev Mərkəzidir. Pul nişanının ön tərəfində Mərkəzin təsviri və bir sıra interyer və eksteryer dizayn elementləri əks etdirilmişdir. Arxa tərəfində isə Azərbaycan-Avropa inteqrasiyasının xəritələrlə təsviri və bir sıra milli xalça naxışları əks olunmuşdur. Pul nişanı 4 pilləli mühafizə sisteminə malik olmaqla ən müasir və təhlükəsiz mühafizə elementləri ilə təchiz edilmişdir.

 

Nominalı

200 manat

Rəngi

göy 

Ölçüləri

160 mm x 70 mm

Dizayn mövzusu

modern arxitektura

  • Spark live - dinamik işıq effekti saçan və yaşıldan göyə dəyişən Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunmuşdur. Pul nişanını müəyyən bucaq altında hərəkət etdirdikdə Gerbin üzərindəki halqalar 3 ölçülü effekt yaradır.
  • Sayrışan rəngli boyalar - “200” rəqəmi və “AZN” yazısı göy və qızılı rənglərdən ibarət sayrışan boyalarda əks etdirilmişdir.
  • Nominalın gizli rəqəmi - pul nişanını hərəkət etdirdikdə nominalın gizli rəqəmi görünür.
  • RollingStar Lead (holoqram) - holoqram üzərində manat simvoluna dəyişən nominalın rəqəmi, yaşıldan göyə dəyişən mikro güzgü effektində butaların kombinasiyası, 3 ölçülü hərəkət effektində 8 guşəli ulduz və Manat simvolları əks etdirilmişdir. Pul nişanını hərəkət etdirməklə bütün motivlərdə rəngi dəyişən effektlər görünür.
  • Mühafizə sapı RollingStar - metal görünüşə malik olan mühafizə sapının üzərində nominalın rəqəmi və “AMB” yazıları əks olunmuşdur. Pul nişanını hərəkət etdirməklə mühafizə sapının yaşıldan göyə dəyişməsi və dinamik işıq effekti görünür. Pul nişanını işığa tutduqda mühafizə sapının üzərində “200” rəqəmi və “AMB” yazısı görünür.
  • Qabarıq çap - pul nişanının müəyyən sahələrində barmaqla hiss olunan qabarıq çap elementləri mövcuddur. 
  • Görmə qüsuru olanlar üçün tanıma elementi - görmə qüsuru olanlar üçün pul nişanının üzərində həqiqiliyini və nominalını müəyyən etməyə imkan yaradan xətlər əks olunur. 
  • Su nişanı - pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi təsvir olunmuş su nişanı görünür.
  • Xüsusi dəqiq cizgilər - xüsusi dəqiqliklə çap olunmuş çox rəngli uzlaşan cizgilər. 
  • Surətçıxarmaya qarşı xətlər strukturu - moar effekti yaradan xətlər strukturu. 
  • Mikromətn - böyüdücü şüşə ilə baxdıqda “AZƏRBAYCAN MƏRKƏZİ BANKI” sözləri oxunur. 
  • Flurosent elementlər - ultrabənövşəyi işıq altında pul nişanının ön və arxa tərəflərində müxtəlif flurosent təsvirlər görünür.