Heydər Əliyev 80 il - dəst
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

Heydər Əliyevin xatirəsinə həsr olunmuş platin, qızıl və gümüş yubiley pul nişanları 

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, 2004-cü ildə Mərkəzi Bank tərəfindən platin, qızıl və gümüş yubiley pul nişanları tədavülə buraxılmışdır. 


Yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal olunmuşdur. 


Yubiley pul nişanlarının üz tərəfində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin portreti, portretin sağ tərəfində “Heydər Əliyev” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının xəritəsi, “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir…” sözləri, pul nişanının buraxılış ilivə nominalı göstərilmişdir. 


Yubiley pul nişanı nominal dəyəri ilə Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.