Heydər Əliyev 85 il - qızıl
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2008-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 85 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Mərkəzi Bank tərəfindən nominalı qızıl yubiley pul nişanı tədavülə buraxılmışdır.

 

Yubiley pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal olunmuşdur.

 

Yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Dövlət Gerbinin alt hissəsində yubiley pul nişanının buraxıldığı “2008-ci il”, “Azərbaycan Respublikası” sözləri və yubiley pul nişanının nominalı göstərilmişdir.

 

Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili2008
Nominalı100 manat
MetalıAu 999.9
Çəkisi1 unsiya (31.1 qr)
Diametri37 mm
KeyfiyyətiPruf
Buraxılış limiti5000 ədəd