Heydər Əliyev 90 il - 10 t / unsiya qızıl
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2013-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mərkəzi Bank tərəfindən nominalı 500 manat olan qızıl yubiley pul nişanı tədavülə buraxılmışdır.

 

Yubiley pul nişanı Böyük Britaniyanın "The Royal Mint" şirkətində istehsal edilmişdir.

 

Yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı, portreti, imzası, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Azərbaycanın xəritəsi, pul nişanının nominalı və buraxılış ili təsvir edilmişdir.

 

Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili 

2013
Nominalı 500 manat
Metalı Au 999.9
Çəkisi 10 unsiya (313qr)
Diametri 65 mm
Keyfiyyəti Pruf
Buraxılış limiti500 ədəd