Əsrin Müqaviləsi 20 il - qızıl
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2016-cı ildə Mərkəzi Bank tərəfindən Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri olan və öz müstəsna əhəmiyyətinə görə “Əsrin kontraktı” adını almış müqavilənın imzalanmasının 20 ilinə həsr olunmuş yüksək əyarlı qızıl xatirə pul nişanı tədavülə buraxılmışdır.

 

Xatirə pul nişanı Böyük Britaniyanın “ The Royal Mint” şirkətində istehsal edilmişdir.

 

Xatirə pul nişanının ön tərəfində Ulu Öndərin portreti və neft buruqları, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur.

 

Buraxılış ili2015
Nominalı100 manat
MetalıAu 999.9
Çəkisi1 unsiya (31.21 qr)
Diametri38.61 mm
KeyfiyyətiPruf
Buraxılış limiti1000 ədəd