Nizami Gəncəvi - qızıl
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2008-ci ildə mədəniyyət seriyası çərçivəsində Azərbaycanın dahi şairi, mütəfəkkir Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş qızıl xatirə pul nişanı Mərkəzi Bank tərəfindən tədavülə buraxılmışdır.

 

Xatirə pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal edilmişdir.

 

Xatirə pul nişanının ön tərəfində dahi şairin portreti, arxa tərəfində isə Azərbaycan miniatürlərinin təsviri əks olunmuşdur. Portretin ətrafında xatirə pul nişanının buraxıl­dığı “2008”-ci il, “Azərbaycan Respublikası” sözləri, şairin adı və xatirə pul nişanının nominalı göstəril­mişdir.

 

Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili2008
Nominalı100 manat
MetalıAu 999.9
Çəkisi1 unsiya (31.1 qr)
Diametri37 mm
KeyfiyyətiPruf
Buraxılış limiti1000 ədəd