Mərkəzi Bank 20 il - gümüş
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2012-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının yaranmasının 20-ci ildönümünə həsr olunmuş (1992-2012) nominalı 5 manat olan gümüş yubiley pul nişanı Mərkəzi Bank tərəfindən tədavülə buraxılmışdır.

 

Yubiley pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal olunmuşdur.

 

Yubiley pul nişanının ön tərəfində 20 ili əks etdirən stilistik görünüş, stilistik görünüşün üzərində iyirmi ili əhatə edən dövr “1992-2012”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 il” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, Dövlət Gerbin ətrafında isə “Azərbaycan Respublikası” sözləri və pul nişanının nominalı göstərilmişdir.

 

Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili2012
Nominalı5 manat
Metalı

Ag 999

Çəkisi1 unsiya (31.1 qr)
Diametri37 mm
KeyfiyyətiPruf
Buraxılış limiti1000 ədəd