Üzeyir Hacıbəyov - qızıl
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2008-ci ildə mədəniyyət seriyası çərçivəsində Mərkəzi Bank tərəfindən dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş qızıl xatirə pul nişanı tədavülə buraxılmışdır. 


Xatirə pul nişanı Avstriyanın “Austrian Mint” şirkətində istehsal olunmuşdur. 


Xatirə pul nişanının üz tərəfində dahi bəstəkarın portreti, arxa tərəfində isə Azərbaycan miniatürlərinin təsviri əks olunmuşdur. 


Portretin ətrafında xatirə pul nişanının buraxıldığı“2008”-ci il, “Azərbaycan Respublikası” sözləri, bəstəkarın adı və xatirə pul nişanının nominalı göstərilmişdir. 


Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir. 

 

Buraxılış ili 

2008
Nominalı 100 manat
Metalı Au 999.9
Çəkisi 1 unsiya (31.1 qr)
Diametri 37 mm
Keyfiyyəti Pruf
Buraxılış limiti1000 ədəd