2006 FİFA - gümüş
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2006-cı ildə Almaniyada futbol üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar Mərkəzi Bank tərəfindən gümüş xatirə pul nişanları tədavülə buraxılmışdır. 


Xatirə pul nişanları Polşanın “Polish Mint” şirkətində istehsal olunmuşdur. 


Xatirə pul nişanının üz tərəfində futbolçuların təsviri və “2006 FIFA World Cup Germany” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikası gerbinin təsviri, “Azərbaycan Respublikası” sözləri və pul nişanının nominalı təsvir olunmuşdur. Gerbin alt tərəfində xatirə pul nişanının buraxıldığı “2004”-ci il əks olunmuşdur. 


Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir. 

 

Buraxılış ili 

2004
Nominalı 50 manat
Metalı Ag 925
Çəkisi 28.28 qr
Diametri 38.61 mm
Keyfiyyəti Pruf
Buraxılış limiti200 ədəd