Heydər Əliyev 95 il - qızıl dəst
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2018-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq Mərkəzi Bank qızıl və qızıl-platin kombinasiyalı yubiley pul nişanlarından ibarət dəst tədavülə buraxılmışdır.

 

Yubiley pul nişanlarından ibarət dəst Böyük Britaniyanın "The Royal Mint" şirkətində istehsal olunmuşdur.

 

Yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin qızıl və platindən ibarət portretləri, portretlərin üzərində Ulu öndərin imzası, arxa fonlarında relyefdə Azərbaycan Bayrağı və milli naxışlar, hər iki pul nişanının arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir edilmişdir.

 

Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili2018
Buraxılış limiti 100 dəst
Qızıl 
MetalıAu 999.9
Çəkisi1 unsiya (31.1 qr)
Diametri38.61 mm
Nominalı100 manat
KeyfiyyətiPruf
Qızıl platin 
MetalıAu 999.9 Pt 999.5
ÇəkisiQızıl (27.1 qr), platin (4 qr)
Diametri33.00 mm
Nominalı100 manat
KeyfiyyətiPruf