Heydər Əliyev 95 il - qızıl / platin
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2018-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 95 illik yubileyi ilə əlaqədar Mərkəzi Bank tərəfindən qızıl-platin kombinasiyalı yubiley pul nişanı tədavülə buraxılmışdır.

 

Yubiley pul nişanı Böyük Britaniyanın "The Royal Mint" şirkətində istehsal olunmuşdur.

 

Yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin platindən ibarət portreti, portret üzərində Ulu öndərin imzası, arxa fonda relyefdə Azərbaycan Bayrağı və milli naxışlar, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir edilmişdir.

 

Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Qızıl platin 

Buraxılış ili

2018

Nominalı 

100 manat
MetalıAu 999.9 Pt 999.5
ÇəkisiQızıl (27.1 qr) platin 4 qr
Diametri33.00 mm
KeyfiyyətiPruf
Buraxılış limiti 200 ədəd