AXC 100 il - qızıl dəst
Ön tərəfin görünüşü
Arxa tərəfin görünüşü
  • Əsas xüsusiyyətlər

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Mərkəzi Bank tərəfindən 3 müxtəlif ölçülü qızıl yubiley pul nişanlarından ibarət dəst tədavülə buraxılmışdır.

 

Yubiley pul nişanlarından ibarət dəst Böyük Britaniyanın "The Royal Mint" şirkətində istehsal olunmuşdur.

 

Yubiley pul nişanının üz tərəfində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində Dövlət Himnimizdən bir parça, aypara ilə səkkiz guşəli ulduz, Dövlət Bayrağının dizaynı və istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər, arxa tərəfində isə üzərində ulduz, alov, palıd budaqları, sünbüllər təsvir edilmiş Dövlət Gerbi, aypara ilə səkkizguşəli ulduzun qrafik təsvirləri və şəbəkə sənətində geniş yayılmış ornamentlər təsvir edilmişdir.

 

Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

 

Buraxılış ili2018
Buraxılış limiti 200 ədəd
1 unsiya 
Nominalı100 manat
Çəkisi1 unsiya qızıl (31.1 qr)
MetalıAu 999.9
Diametri38.61 mm
KeyfiyyətiPruf
3/4 unsiya 
Nominalı50 manat
Çəkisi3/4 unsiya qızıl (23.33 qr)
MetalıAu 999.9
Diametri33.00 mm 
KeyfiyyətiPruf
1/2 unsiya 
Nominalı20 manat
Çəkisi1/2 unsiya qızıl (15.55 qr)
MetalıAu 999.9 
Diametri30.00 mm
KeyfiyyətiPruf