Taleh Tahir oğlu Kazımov

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Qəbul günləri: Hər ayın son cümə günü/ saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22
  • 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 2004-cü ildə Azərbaycan Texniki Universitetini "Avtomatika və kompüter mühəndisliyi" ixtisası üzrə bakalavr dərəcəsini, 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsini, 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirmişdir.
  • 2004-cü ildən Maliyyə sektorunda peşəkar fəaliyyətinə başlamış, 2006-cı ilədək "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə işləmişdir.
  • 2006-2007-ci illərdə "Ernst & Young" şirkətində auditor vəzifəsini tutmuşdur. 2007-ci ilin yanvar ayından aprel ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru vəzifəsində çalışmışdır.
  • 2007-ci ilin iyul ayından “PAŞA Bank" ASC-də Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləmiş, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutmuşdur.
  • 2011-ci ilin dekabr ayında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü seçilmişdir.
  • 2015-2022-ci illərdə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru vəzifəsini icra etmişdir.
  • 2022-ci ilin aprel ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2022-ci il tarixli Sərəncamı ilə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdir.
  • Ailəlidir, 2 övladı var.