Fərid Tofiq oğlu Osmanov

Mərkəzi Bankın baş direktoru
Qəbul günləri: Hər ayın son bazar ertəsi /saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22
  • 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr dərəcələri ilə, 2013-cü ildə isə həmin universiteti Dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. 2015-ci ilin yanvar ayında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ildə isə Böyük Britaniyanın Mançester Universitetinin İdarəetmə və informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsilə bitirmişdir.
  • Əmək fəaliyyətinə 2005-ci ildə Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyalarının inkişafı şöbəsində aparıcı mütəxəssis vəzifəsində başlamış, 2006-cı ildən həmin şöbədə baş mütəxəssis, 2007-ci ildən həmin departamentin İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi, 2010-cu ildən isə həmin departamentin direktor müavini-İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2013-cü ilin avqust ayindan 2014-cü ilin sentyabr ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləmişdir.
  • 2014-cü ilin sentyabr ayından 2015-cü ilin sentyabr ayınadək Böyük Britaniyanın Mançester Universitetində təhsil almışdır
  • 2015-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləmişdir.
  • 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
  • Ailəlidir, iki övladı var.