Qəbul günləri: Hər ayın son bazar ertəsi /saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22 (213)
1957–ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1978–ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq Təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1978–1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil almışdır.
Əmək fəaliyyətinə 1978–ci ildə “Azkolxoz xüsusi tikinti” Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlamışdır.
1979–1980–ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1981–ci ildən 1983–cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləmişdir.
1983–cü ildən 1984–cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984–cü ildən 1994–cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləmişdir.
1988–ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1994–cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995–ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000–ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.
2001–ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2006–cı ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2007–ci ilin fevral ayında Azərbaycan Republikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2012–ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə üçüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2012–ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2017–ci ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dördüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.